Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-də müalicə alan Birinci Qarabağ müharibəsi şəhidi Məlikov Bayram Böyükağa oğlunun həyat yoldaşı Məlikova Xuraman Ağalar qızını ziyarət etmişdir.

16 aprel 2026 | 14:41

Ziyarət zamanı İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin sağlamlığının qorunması və sosial rifahının təmin edilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulamışdır. Sevindik Hətəmov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə müalicənin davam etdirilməsi, şəhid ailəsinin səhhətinin daimi nəzarətdə saxlanılması və zəruri tibbi dəstəyin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Bildirilmişdir ki, Hacıqabul Rayon İcra Hakimiyyəti daim şəhid ailələrinin yanında olmaqla, onların sosial və tibbi təminatını diqqətdə saxlayır.

Keçidlər