Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Hacıqabul şəhərinin Vətən müharibəsində və Antiterror əməliyyatında şəhid olmuş şəxslərinin ailə üzvlərini ziyarət etdi.
21 sentyabr 2026-cı il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsində və Antiterror əməliyyatında şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
Ziyarət zamanı 44 günlük Vətən müharibəsində şəhid olmuş Abbasov Hüseyn Əlizadə oğlunun, Zeynalov Qubad İslam oğlunun Ağamalıyev Şəhriyar Əvəz oğlunun, Mehtiyev Sətdar Raqif oğlunun, Baladov Ruslan Allahyar oğlunun, Balabəyov Pərviz Tofiq oğlunun, Nurzaliyev Elməddin Səfər oğlunun, həmçinin 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatı zamanı şəhid olmuş Mirzəyev Əlmirzə Ağamirzə oğlunun ailə üzvləri ilə görüşlər keçirildi.
Görüşlərdə şəhidlərin Vətənin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs olunub, onların əziz xatirəsinin daim ehtiramla yad edildiyi vurğulandı. Ailələrin sosial-məişət şəraiti və qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənildi.
Bildirildi ki, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə həyata keçirilən tədbirlər onların rifahının yaxşılaşdırılmasına və qarşılaşdıqları məsələlərin həllinə yönəlib.
Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər
Hacıqabul rayonunda şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onların müraciətləri aidiyyəti üzrə araşdırılır və həlli istiqamətində müvafiq tədbirlər görülür.






