Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Hacıqabul Sənaye Parkına səfər edib.

15 noyabr 2024 | 10:12

14 noyabr 2024-cü il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aparatın məsul işçiləri Hacıqabul Sənaye Parkına səfər ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Hacıqabul Sənaye Parkının istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış oldu. Hacıqabul Sənaye Parkının rəsmiləri görülən işlər, həmçinin digər istehsal sexləri barədə məlumat verdilər.

Bildirildi ki, Hacıqabul Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli Fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında yaradılmışdır. 60 hektar ərazisi olan Parkın Hacıqabul Sənaye Parkının yaradılmasında məqsəd:

  • Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • Sahibkarlığın dəstəklənməsi;
  • Müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkil edilməsi;
  • Əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

Hacıqabul Sənaye Parkının investisiya həcmi 95,3 milyon ABŞ dolları təşkil edir. Parkda işlər yekunlaşdıqdan sonra 1789 nəfərin məşğulluğu təmin ediləcəkdir.

Keçidlər