Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov “Hacıqabul Sənaye Parkın”da olmuşdur.

29 aprel 2026 | 12:05

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Hacıqabul Sənaye Parkında olmuşdur. Səfər zamanı icra başçısı parkda fəaliyyət göstərən müəssisələrin istehsal prosesi ilə tanış olmuş, yeni layihələrin icrası və investisiya imkanları barədə məlumat almışdır.

İcra başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sənayeləşmə siyasəti regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Hacıqabul Sənaye Parkının yaradılması və inkişafı da məhz bu siyasətin tərkib hissəsi olaraq rayonun iqtisadi potensialını gücləndirir, yeni iş yerlərinin açılmasına və yerli istehsalın genişlənməsinə şərait yaradır.

Səfər çərçivəsində müəssisələrin rəhbərləri ilə görüş keçirilmiş, istehsal gücünün artırılması, innovativ texnologiyaların tətbiqi və ixrac imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, regionların inkişafı Azərbaycanın davamlı iqtisadi yüksəlişinin əsas şərtidir. Hacıqabul Sənaye Parkının fəaliyyəti bu strateji xəttin tərkib hissəsi olaraq rayonun eləcə də regionun sənaye potensialının gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edir.

Keçidlər