Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov rayon əhalisi, ictimaiyyət nümayəndələri və ağsaqqallarla görüş keçirmişdir

22 oktyabr 2024 | 15:38

22 oktyabr  2024-cü il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov rayon əhalisi, ictimaiyyət nümayəndələri və ağsaqqallarla görüş  keçirmişdir. Tədbirdə İcra hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri  və rayon ziyalıları iştirak edirdi. 

Tədbirdə çıxış edən  Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 12 oktyabr 2024-cü il tarixdə rayon ərazisində baş vermiş sel sularının əhaliyə, ümumilikdə rayona vurduğu ziyan, bu sahədə qarşıda duran problemlərdən söhbət açdı. Onu da qeyd etdi ki, təbii fəlakətin vurduğu ziyanın hesablanması üçün rayon icra hakimiyyəti tərəfindən Komissiya yaradılmışdır. Komissiya üzvləri hazırda  sel sularından əziyyət çəkmiş vətəndaşların  ünvanlarına baş çəkərək baxış keçirir, dəymiş zərəri qeyd edirlər.

Rayon İcra Hakimiyyətinin başçısı həmçinin qeyd etdi ki, icra hakimiyyəti ziyan çəkmiş hər bir vətəndaşın yanında olacaqdır. Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda  rayonda mövcud olan problemlərdən və sakinləri narahat edən digər məsələlərdən danışdı.

Daha sonra açıq mikrofon elan edilərək əhaliyə söz verildi. Rayon sakinləri onları maraqlandıran problemlər barədə rayon rəhbərinə müraciət etdilər. Onların müraciətləri qeydə alınaraq dinlənildi, rayon icra hakimiyyətinin məsul əməkdaşlarına və aidiyyəti idarə və müəssisə rəhbərlərinə bu məsələlərin həlli istiqamətində müvafiq göstərişlər verildi.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayon sakinlərinə bildirdi ki, qeyd olunan məsələlərin bəzilərinin həlli zaman tələb etsə də, Rayon İcra Hakimiyyəti qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bütün qüvvəsi ilə səy göstərəcəkdir.

Keçidlər