Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kolanı kənd tam orta məktəbində olmuşdur.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kolanı kənd tam orta məktəbində olmuşdur. Səfər zamanı məktəbin maddi-texniki təminatı, sinif otaqları və yardımçı sahələrin mövcud vəziyyəti ilə yerində tanışlıq aparılmışdır.
Rayon rəhbərinə təhsil müəssisəsində yaradılmış şərait, aparılan tədris prosesi, şagirdlərin davamiyyəti və nailiyyətləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dərs prosesini izləyərək müəllim və şagirdlərlə görüşmüş, onların təklif və müraciətlərini dinləmişdir. O, təhsil sahəsinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulamış, məktəblərdə müasir və səmərəli tədris mühitinin formalaşdırılmasının əhəmiyyətini qeyd etmişdir.
Səfərin sonunda məktəbin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.






