Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Qubalıbalaoğlan kəndində yerləşən Qafqaz İslam Ordusuna aid şəhid məzarlarını ziyarət etmişdir.

20 may 2026 | 14:33

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Qubalıbalaoğlan kəndində yerləşən Qafqaz İslam Ordusuna aid şəhid məzarlarını ziyarət etmişdir.

Bu ziyarət Azərbaycan xalqının azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunmasına və gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir.

Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunmuş, onların tarixi fədakarlığının Azərbaycan xalqının yaddaşında daim yaşayacağı vurğulanmışdır. İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, Qafqaz İslam Ordusunun qəhrəmanlığı Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməlini təşkil edir və bu gün də gənclərimiz üçün örnəkdir.

Keçidlər