Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid məzarlarını ziyarət etmişdir.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid məzarlarını ziyarət etmişdir.
Mövsümlə əlaqədar havaların istiləşməsi fonunda həyata keçirilən təmizlik, yaşıllaşdırma və abadlıq tədbirləri ilə yerində tanış olan Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişdir.
Ziyarət zamanı şəhid məzarları üzərinə gül dəstələri düzülmüş, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə dərin hörmət və ehtiram ifadə olunmuşdur. Qeyd edilmişdir ki, şəhidlərin əziz xatirəsinin daim uca tutulması, məzarlarının qorunması və səliqəli saxlanılması hər bir vətəndaşın mənəvi borcudur.
Həmçinin bildirilib ki, şəhid məzarlarının yerləşdiyi ərazilərdə aparılan abadlıq işləri bundan sonra da davam etdiriləcək, ərazinin daim baxımlı və nümunəvi vəziyyətdə saxlanılması diqqət mərkəzində olacaqdır.






