Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Milli Məclisin deputatı Rafael Hüseynov rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişlər
11 oktyabr 2024-cü il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Rafael Hüseynov rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişlər. Tədbirdə rayonun idarə və müəssisə rəhbərləri, rayon Ağsaqqallar şurasının, eləcə də ictimai şuranın, şəhid ailəsi üzvləri, müharibə veteranları və rayon ziyalıları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını salamlayaraq qarşıda duran problemlərdən danışdı. Bu problemlərin həlli istiqamətində görüləcək işlər barədə məlumat verdi.
Daha sonra çıxış edən millət vəkili Rafael Hüseynov Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, ümumilikdə vətənimizin daxili və xarici aləmdə əldə etdiyi bütün nailiyyətlərin məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin tükənməz səyi , uzaqgörən siyasi fəaliyyəti və Heydər Əliyev siyasəti ətrafında sıx birləşmiş xalqımızın gərgin və səmərəli zəhməti sayəsində mümkün olduğunu qeyd etdi. Tədbirdə bütün ömrünü xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı bütün dünyada tanıtmaq, öz vətənini bütün sahələrdə öndə görmək istəyinin onu həmişə dövlətinə və xalqına daha sədaqətlə xidmət etməyə ruhlandırdığı vurğulandı.
Tədbirdə həmçinin 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, bu mübarizədə xalqımızın həmrəyliyindən, Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında sıx birləşməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıldı.
Çıxış üçün söz istəyən Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, Vətən müharibəsi qazisi Əlişad Əhədov, əməkdar müəllim Gülüstan Almazova və təhsil işçisi Zərəngiz Abasova bütün sahələrdə inkişaf edən ölkəmizin bir parçası olan Hacıqabul rayonunun inkişafına, abadlıq-quruculuq işlərinin geniş vüsət almasına, sakinlərin problemlərinin həlli istiqamətində səmərəli fəaliyyətə görə Rayon İcra Hakimiyyətinin başçısına və millət vəkilinə təşəkkür edərək uğurlar arzuladılar.