Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov “Vətən müharibəsində” şəhid olmuş Qasımov Elman Yunis oğlunun ailə üzvlərini ziyarət etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq mühafizə orqanlarının rəhbərləri Hacıqabul rayonunun Birinci Udullu kəndində anadan olmuş, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Qasımov Elman Yunis oğlunun ailə üzvlərini ziyarət etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.
Qasımov Elman Yunis oğlu 13 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Suqovuşan kəndində şəhidlik zirvəsinə ucalmışdır.