Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov “Vətən müharibəsində” və antiterror əməliyyatında şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
24.09.2024-cü il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” və antiterror əməliyyatında şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı “Vətən müharibəsində” şəhid olmuş Balabəyov Pərviz Tofiq oğlunun, Baladov Ruslan Allahyar oğlunun, Quliyev Turab Əlisafa oğlunun, Tağıyev Röyal Tağı oğlunun, Mehtiyev Sətdar Raqif oğlunun, Hüseynov Nicat Adil oğlunun, Zeynalov Fikrət Hikmət oğlunun, Alışov Samir Cəlil oğlunun, Məlikov Əhməd Məmməd oğlunun, Ağamaliyev Şəhriyar Əvəz oğlunun, Nurzaliyev Elməddin Səfər oğlunun, Şıxəliyev Mehti Yalçın oğlunun, Bağırov Süleyman Kamil oğlunun, Ağaməmmədov Xəyal Salam oğlunun, Əhmədov Səbuhi Ziyafət oğlunun, Abbasov Hüseyn Əlizadə oğlunun, Yaqubov Hümbət Mərhəmət oğlunun, Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun, Zeynalov Qubad İslam oğlunun və 19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatında şəhid olmuş Sultanov Xəlfəli Böyükağa oğlunun, Mirzəyev Əlmirzə Ağamirzə oğlunun ailəsi ziyarət edildi.
Görüş iştirakçıları Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirdi.
Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.