Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonu ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda müşavirə keçirilmişdir.

03 aprel 2023 | 14:39

03 aprel 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin Akt zalında Hacıqabul rayonu ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda geniş tərkibli müşavirə keçirilmişdir.

Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov açaraq son dövrlərdə havaların quraq keçməsinə görə Kür və Araz çaylarında, yeraltı mənbələrdə suyun həcminin kəskin azalması içməli su təminatında eləcə də əkin torpaqlarının suvarılmasında müəyyən çətinliklər yaratdığını və belə halların qarşısının alınması üçün yerlərdə mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə təxirəsalnmaz tədbirlərin görülməsinin vacibliyindən danışdı.

Müşavirədə Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə rayon icra hakimiyyəti başçısı yanında Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərsu ASC-nin yerli qurumlarının rəhbərlərinin, İH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və bələdiyyə sədrlərinin daxil olduğu operativ qərargahın yaradıldı. Hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsi və su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılmasının vacibliyi diqqətə çatdırıldı.

Müşavirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hacıqabul Suvarma Sistemləri İdarəsinin müdiri Mafizat Cəfərov, Azərsu ASC-nin Hacıqabul Su-Kanal sahəsinin rəisi Anar Hüseynov və Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Ariz Abuzərov məlumat verərək qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində həyata keçiriləcək işlərdən danışdı.

Keçidlər