Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu.

01 iyun 2023 | 14:56

01 iyun 2023-cü il tarixdə Hacıqabul rayonunda “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoydular.  Sonra tədbir iştirakçıları tərəfindən rayon Heydər Əliyev Mərkəzində məktəblilərin əl işləri və rəsm sərgisinə baxış keçirildi.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov 2022-2023-cü tədris ilində nailiyyət qazanmış şagirdlər və onların fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdi.

Daha sonra Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova və Rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rəcəbli çıxış edərək tədris ili ərzində müxtəlif sahələrdə uğur və nailiyyət qazanmış şagirdlərə öz səmimi arzularını bildirdilər.

Bundan sonda Rayon İcra Hakimiyyətinin başçısı, YAP Hacıqabul rayon təşkilatı, Hacıqabul Rayonu üzrə Təhsil sektoru, Rayon Gənclər və İdman İdarəsi, ATİAHİ Hacıqabul rayon Komitəsi tərəfindən dərs ili ərzində olimpiada, müsabiqə, turnir, yarış, festifal, çempionat, hərbi-idman və intellektual oyunlarda iştirak edərək nailiyyət əldə etmiş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim olundu.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

Keçidlər