Hacıqabul rayonunda “1 noyabr - Kənd təsərrüfatı işçiləri günü” qeyd edildi.
31 oktyabr 2025-ci il tarixində Hacıqabul rayonunda “1 noyabr - Kənd təsərrüfatı işçiləri günü” qeyd olundu. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və işçiləri iştirak etmişdir. Peşə bayramı münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il noyabrın ayının 1-i Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən dövlət siyasətində kənd təsərrüfatı xüsusi yerə sahibdir.
Kənd təsərrüfatı işçiləri onların əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmiş, bu günkü bayram gününün təsis olunmasının aqrar sahəyə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirmişlər.
Sonda xatirə şəkili çəkilmişdir.






