Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü” qeyd edildi.

30 sentyabr 2023 | 11:27

30 sentyabr 2023-cü il tarixində Hacıqabul rayonunda “1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü” qeyd edildi. Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq işçiləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzdülər.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikası Prokurorluğu işçilərini peşə bayramları münasibətilə təbrik etdi.

Keçidlər