Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “12 noyabr - Konstitusiya Günü” münasibətilə tədbir keçirildi.

12 noyabr 2025 | 15:03

12 noyabr 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “12 noyabr - Konstitusiya Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Hacıqabul rayon təşkilatının, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuşdur. Tədbir Azərbaycan Respublikasının “Dövlət Himni” ilə açıq elan edildi.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası - yüksək hüquqi qüvvəsi olan, ictimai münasibətlərin ən mühüm sahələrini nizama salan, Azərbaycan Respublikasının ərazisində birbaşa hüquqi qüvvəyə malik olan və tətbiq edilən, qanunvericilik sisteminin əsasını təşkil edən, referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilən, cəmiyyətin və dövlətin əsaslarının hamılıqla qəbul edilmiş beynəlxalq prinsiplərə və normalara uyğun olaraq təşkil edilməsinə yönəldilmiş xalqın idarəsini birbaşa ifadə edən, insanın, onun hüquq və azadlıqlarının ali dəyərə malik olması mövqeyindən çıxış edən normativ hüquqi aktdır. Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu mühüm qərar həm Konstitusiyamızın qəbulunun 30 illiyini, həm də Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin 5-ci ildönümünü əhatə edir. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu bir dövrdə, hüquqi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon Məhkəməsinin sədri Günel Əkbərli, Hacıqabul Rayon Prokuroru Lalə Hüseynova, Hacıqabul Ağsaqqallar Şurasının sədri Sahib Aslanov “12 noyabr - Konstitusiya Günü” ilə əlaqədar çıxışlar etdilər.

Keçidlər