Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “16 mart - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı” günü qeyd edildi.

14 mart 2025 | 12:24

14 mart 2024-cü il tarixində Hacıqabul rayonunda “16 mart - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı" günü qeyd edildi.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqalarının rəhbərləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul Regional İdarəsinin rəhbərliyi və bir qrup əməkdaşı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Son zamanlarda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülməsi qeyd edildi. Tədbirin sonunda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul Regional İdarəsinin nümunəvi xidmət göstərən bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Keçidlər