Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “16 mart - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı” günü qeyd edildi.

16 mart 2026 | 12:32

16 mart 2026-cı il tarixində Hacıqabul rayonunda "16 mart - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı" günü təntənəli şəkildə qeyd olundu.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul Regional İdarəsinin rəhbərliyi və əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onun önünə gül dəstələri qoydular.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Son dövrlərdə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlərin görüldüyü vurğulandı. Tədbirin sonunda, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul Regional İdarəsinin nümunəvi xidmət göstərən bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

 

Keçidlər