Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə "Heydər Əliyev siyasi irsi - müasir, müstəqil, suveren Azərbaycan dövləti” adlı dəyirmi masa keçirildi.

18 oktyabr 2024 | 17:13

18 oktyabr 2024-cü il tarxidə “18 oktyabr - Müstəqilliyin Bərpası Günü” münasibətilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev siyasi irsi - müasir, müstəqil, suveren Azərbaycan dövləti” adlı dəyirmi masa keçirildi.

İlk öncə Ulu Öndər Lideri Heydər Əliyevin və müstəqilliyimiz, azadlığımız və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək Azərbaycan xalqı iki ildir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib xalq kimi qeyd etdiyini bildirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi.

Artıq işğaldan azad olunmuş ərazilərə həyat qayıdır. Dövlət başçısının göstərişinə əsasən, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir.

YAP rayon təşkilatının sədri İsmayıl İbrahimov bildirdi ki, artıq müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutub. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində səyləri bu gün onun layiqli davamçısı Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Onun ölkəyə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olunub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlət başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Navahı qəsəbə 2 saylı tam orta məktəbin direktoru Zaur Qasımov, Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova çıxış edərək bildirdilər ki, Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi.

Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi.Belə bir vaxtda ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı.

Keçidlər