Hacıqabul rayonunda “2 fevral Gənclər Günü” ilə bağlı “Heydər Əliyev və Azərbaycan Gəncliyi mövzusunda tədbir keçirildi.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı “Tədbirlər Planı”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı 02 fevral 2023-cü il tarixində “02 fevral – Gənclər Günü” ilə əlaqədar Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədr müavini İsmayıl İbrahimov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rəcəbli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsinin rəisi mayor Lətif Heydərov və rayonun bir qrup aktiv gəncləri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini andılar.
Sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin gənclərə olan etimadının, onlara göstərdiyi qayğının bariz nümunəsi kimi, günümüzdə təhsil və idman sahəsində daima inkişaf edən gənclərin olduğunu vurğuladılar. Ulu Öndər Heydər Əliyevin dayanıqlı gənclər siyasətindən ətraflı bəhs edərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbirin sonunda bir qrup gənc diplom və qiymətli hədiyyələrlə təltif edildi.