Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

17 yanvar 2025 | 16:10

17 yanvar 2025-ci il tarixində Hacıqabul Rayon Mədəniyyət Mərkəzində rayon mədəniyyət işçilərinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi” adlı ədəbi-bədii kompozisiya keçirilirdi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Saleh Ələskərov, Xuraman Məmmədova, İcra Hakimiyyətinin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak edirdi.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra rayon mədəniyyət işçilərinin ifasında qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.

Keçidlər