Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı "Təmiz Ölkəm" layihəsi çərçivəsində təmizlik aksiyası keçirilmişdir.

22 iyun 2024 | 11:00

22iyun 2024-cü il tarixində Hacıqabul rayonu İcra Hakimiyyətinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 3km-lik yol kənarı zolaqda "Təmiz Ölkəm" layihəsi çərçivəsində Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini Saleh Ələskərov, Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq İdarəsi, Hacıqabul rayon KTM-nin əməkdaşlarının iştirakı ilə təmizlik aksiyası keçirilmişdir. Keçirilən təmizlik aksiyası zamanı 3300 m² sahədə pərakəndə şəkildə atılmış 350 kq tullantı toplanaraq xüsusi ayrılmış nəqliyyat vasitəsinə yığılaraq tullantı poliqonuna daşınmışdır. Ümumilikdə 120 nəfərin iştirak etdiyi iməclik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.

Keçidlər