Hacıqabul rayonunda “22 noyabr - ədliyyə işçilərinin peşə bayramı” günü qeyd edilib.
22 noyabr 2024-cü il tarixində Hacıqabul rayonunda “22 noyabr - ədliyyə işçilərinin peşə bayramı” günü qeyd edilib. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdilər. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında, qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir. Ölkəmiz bu gün qanunun aliliyinin bərqərar olması və vətəndaşların qanun qarşısında ümumbəşəri bərabərliyinin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atır.
Ədliyyə işçilərini peşə bayramı günü münasibəti ilə ürəkdən təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.