Hacıqabul rayonunda 23 avqust - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar tədbir keçirildi.
23 avqust 2024-cü il tarixində Hacıqabul rayonunda 23 avqust - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı peşə bayramı günü qeyd edildi. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Rayon Polis Şöbəsinin rəisi, N saylı Daxili Qoşun Hərbi Hissəsinin komandiri və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul Regional İdarəsinin rəhbərliyi və əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Son zamanlarda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülməsi qeyd edildi.
Tədbirin sonunda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul Regional İdarəsinin nümunəvi xidmət göstərən bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.