Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda 23 avqust - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar tədbir keçirildi.

24 avqust 2023 | 15:22

Hacıqabul rayonunda 23 avqust - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü qeyd edildi. Əvvəlcə Rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, Rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Hacıqabul Rayon Şöbəsini rəisi, N saylı Daxili Qoşun Hərbi Hissəsinin komandiri, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsini rəisi və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin İNQBK Təhlükəsizliyi İdarəsinin Hacıqabul regional şöbəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoydular.

Tədbir Heydər Əliyev mərkəzində davam etdirildi. Son zamanlarda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülməsi qeyd edildi.

Tədbirin sonunda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin İNQBK Təhlükəsizliyi İdarəsinin Hacıqabul regional şöbəsinin nümunəvi xidmət göstərən bir qrup əməkdaşı rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Keçidlər