Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda 23 avqust - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü qeyd edildi.

23 avqust 2022 | 15:06

Hacıqabul rayonunda 23 avqust - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü qeyd edildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoydular. Tədbir Heydər Əliyev mərkəzində davam etdirildi.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov ilk öncə bütün şəxsi heyəti  təbrik etdi, daha sonra son zamanlarda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülməsi barədə danışdı.

Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir qrup əməkdaşa rayon İcra hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edildi.

Keçidlər