Hacıqabul rayonunda “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir keçirildi.
24 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişinə əsasən Hacıqabul rayonunda “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar rayon icra hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və aidiyyəti qurumların iştirakı ilə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, İcra Hakimiyyəti aparatının, Hüquq-mühafizə orqanlarının, Təhsil, Səhiyyə, Mədəniyyət, Gənclər və İdman, Ailə qadın problemləri və eyni zamanda Dini Qurumlarla iş üzrə Dövlət Komitələrinin yerli bölmələrinin məsul işçiləri və gənc nəslin nümayəndələri iştirak edib.
Komissiya üzvləri tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olunub.
Tədbirdə rayon icra hakimiyyətinin hüquqşünası Zaur Şirəliyev, 8 saylı tam orta məktəbinin tarix müəllimi Fariz Ağayev, rayon MRX PHŞ-nın həkimi Gülşən Qəmbərova, rayon Gənclər və İdman idarəsinin rəisi Xalid Rəcəbli və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli təşkilatının məsul işçisi Sadiq Məmmədov çıxışlar edərək Narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aparılması, Narkomaniyanın törətdiyi fəsadlar və onların aradan qaldırılması barədə hazırkı vəziyyət və görüləcək işlər barədə ətraflı məlumatlar verdilər.