Hacıqabul rayonunda “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir keçirilmişdir.
22 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişinə əsasən Hacıqabul rayonunda “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar rayon icra hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və aidiyyəti qurumların iştirakı ilə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçının birinci müavini Saleh Ələskərov, icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, Təhsil, Səhiyyə, Mədəniyyət, Gənclər və İdman və Ailə qadın problemləri üzrə Dövlət Komitəsinin yerli təşkilatlarının məsul işçiləri, gənclər, və valideynlər iştirak edib.
Komissiya üzvləri tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olunub.