Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “28 may - Müstəqillik günü” ilə əlaqədar tədbir keçirildi.

26 may 2026 | 14:37

26 may 2026-cı il Hacıqabul rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon Mədəniyyət Nümayəndəliyinin  birgə  təşkilatçılığı ilə “28 may-Müstəqillik günü” münasibətilə Rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçirildi.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Natiq Dostaliyev, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları iştirak edirdilər. Tədbirdə qeyd olundu ki, Azərbaycan Xalq Cumhuriyyətinin siyasi və hüquqi varisi olan müasir Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafı məhz türk dünyasının böyük oğlu Heydər Əliyevin gərgin zəhməti və fenomen bacarığının məhsuludur. Heydər Əliyevin əsasını qoyduğu güclü və qüdrətli dövlət konsepsiyası hazırda cənab prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.

Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan doğma torpaqlarımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, siyasətlə zamanı düzgün qiymətləndirmək bacarığı, qəhrəman oğullarımızın şücaəti sayəsində cəmi 44 gün ərzində işğaldan azad olundu. Dahi sərkərdə İlham Əliyevin rəhbərliyi ilə xalqımızın düşməni qısa müddətdə darmadağın edərək ağ bayraq qaldırmağa məcbur etməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsi Müstəqil dövlətimizin və onun liderinin regionda, eləcə də beynəlxalq aləmdə layiqli mövqeyini və nüfuzunu daha da yüksəldir.

Tədbir Mədəniyyət mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam etdirildi.

Keçidlər