Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “5 dekabr - Beynəlxalq Könüllülər Günü” münasibətilə tədbir keçirildi.

05 dekabr 2022 | 16:56

05 dekabr 2022-ci il tarixdə Hacıqabul rayonunda “5 dekabr - Beynəlxalq Könüllülər Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə  Hacıqabul Rayon  İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Xalid Rəcəbli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul rayonu üzrə nümayəndəsi Həbib İbrahimov və gənc könüllülər iştirak etdi. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açdı. Ölkədə keçirilən genişmiqyaslı tədbirlərdə könüllülərin xüsusi rolunun olduğunu vurğulayaraq, könüllülük fəaliyyətinin gələcəkdə onlara qazandıracağı uğurlardan bəhs etdi.

Sonra GİKM-in Hacıqabul nümayəndəliyinin direktoru Həbib İbrahimov GİKM-in fəaliyyət istiqamətləri barədə məlumat verərək gənclərlə birgə icra olunan layihə və tədbirlər haqqında danışdı. Gənclər və idman İdarəsinin rəisi Xalid Rəcəbli gənc könüllüləri təbrik edərək gələcəkdə onlarla birlikdə xüsusi layihələr hazırladığını qeyd etdi.

Sonda ilboyu aktiv fəaliyyəti ilə seçilən könüllü gənclərin bir qismi təşəkkürnamə və diplomla təltif edildi və xatirə şəkilləri çəkdirildi.

Keçidlər