Hacıqabul rayonunda “8 noyabr - Zəfər Günü” ərəfəsində şəhid ailələri ziyarət edilir.
03 noyabr 2022-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Şorbaçı kənd sakinləri şəhid Abdulrəhmanov Şöhrət Böyükbəy oğlu, şəhid Rustamov Ruslan Nüsrət oğlu, Birinci Udullu kənd sakini şəhid Qasımov Elman Yunis oğlu, İkinci Udullu kənd sakini şəhid Mirzəyev Məsud Fazil oğlu və Tağılı kənd sakini şəhid Qasımov Həsən Şöhrət oğlunun ailələri Vətən müharibəsinin ikinci ildönümü - “8 noyabr - Zəfər Günü” münasibətilə ziyarət edildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən işğal altında saxlanılmasından, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində işğala son qoyulmasından danışdı.
Bildirildi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış şəhidlərin ailə üzvlərini narahat edən məsələlərin həllinə yaxından köməklik edilməsi hər birimizin vətəndaşlıq borcudur. Şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının daim Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində saxlanmasından, onları narahat edən məsələlərin həlli istiqamətində səy göstərilməsindən danışıldı.