Hacıqabul rayonunda “8 noyabr - Zəfər günü” münasibətilə ağacəkmə aksiyası keçirildi.
05 noyabr 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr - Zəfər günü” münasibətilə Hacıqabul-Şirvan avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilmişdir.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbər şəxsləri və kollektivləri, Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin bir qrup hərbi qulluqçuları iştirak edirdi.
Ağacəkmə aksiyasında Hacıqabul-Şirvan avtomobil yolunun kənarında göyrüş, tuya və sərv ağacı olmaqla ümumilikdə 1000 ağac əkildi. Ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir.






