Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “8 Noyabr - Zəfər Günü” münasibətilə konsert keçirildi.

08 noyabr 2025 | 14:19

08 noyabr 2025-ci il tarixində Hacıqabul şəhər Heydər Əliyev parkında yerləşən açıq kinoteatrda “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar konsert keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və şəhər əhalisi iştirak etdi.

Konsertdə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər, Vasif Məhərrəmli, Bətürə Hüseynova, Avrovisiya Mahnı Müsabiqəsinin qalibi Nigar Camal, VI televiziya Muğam Müsabiqəsinin qalibi Almaxanım Əhmədli, Xanhüseyn Hüseynov, Sevda Kazımova, Coşqun Beydullayev, Simurq Ansamblı musiqi nömrələri ilə çıxış edərək “8 Noyabr - Zəfər Günü” münasibətilə tamaşaçıları təbrik etdilər. İncəsənət ustalarının rəngarəng musiqiləri əhali tərəfindən rəğbətlə qarşılandı.

Keçidlər