Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “8 Noyabr - Zəfər Günü” münasibətilə konsert proqramı keçirildi.

08 noyabr 2024 | 16:57

08 noyabr 2024-cü il tarixində Hacıqabul şəhər Heydər Əliyev parkında yerləşən açıq kinoteatrda “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar konsert proqramı keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili Rafael Hüseynov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, həmçinin rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və şəhər əhalisi iştirak etdi.

Konsertdə Respublikanın tanınmış müğənniləri o cümlədə rayonun Mədəniyyət işçiləri musiqi nömrələri ilə çıxış edərək “8 Noyabr - Zəfər Günü” münasibətilə tamaşaçıları təbrik etdilər. İncəsənət ustalarının rəngarəng musiqiləri əhali tərəfindən rəğbətlə qarşılandı.

Tədbir axşam saatlarında atəşfəşanlıq ilə sona çatdı.

Keçidlər