Hacıqabul rayonunda “8 noyabr - Zəfər günü” münasibətilə növbəti ağacəkmə aksiyası keçirildi.
07 noyabr 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr - Zəfər günü” münasibətilə Hacıqabul-Muğan avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilmişdir.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbər şəxsləri və kollektivləri iştirak edirdi.
Hacıqabul şəhərinin qərb hissəsində, Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında yolun kənarında göyrüş, tuya və sərv ağacı olmaqla ümumilikdə 2000 ağac əkildi. Ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir.






