Hacıqabul rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Hacıqabul rayonunda iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində abadlıq-quruculuq işləri işlər davam edir. Ölkə rəhbəri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda o cümlədən Hacıqabul rayonunda da abadlıq-quruculuq işləri uğurla davam edir.
Hacıqabul şəhərinin daxili yollarına asfalt örtüyünün qoyulması işləri davam etdirilir. Şəhərin Ş.Ağamaliyev, D.Ağamalıyev, R.Behbudov, A.Şaiq, Ə.Şıxlinski, Nəsimi, Ş.Abdulrəhmanov, S.Hüseynov, M.İbrahimov, M.Ş.Vazeh, X.Hacıyev, Ü.Hacıbəyli küçələrində asfaltlanma işləri tamamlanmış, növbəti mərhələdə S.Vurğun, H.Z.Tağıyev, E.Nurzaliyev küçələrinin asfaltlanması işləri keçiriləcəkdir. Şəhər sakinlərinin rahat gediş-gəlişi üçün müvafiq abadlıq-quruculuq işləri aparılır, işlər günün tələbləri səviyyəsində davam etdirilir.