Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda ağacəkma aksiyası keçirildi

14 oktyabr 2023 | 15:00

Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə 14 oktyabr 2023-cü il tarixində Hacıqabul rayonunda “Ağacəkmə” aksiyası keçirildi.

Ulu Öndər Heydər Əliyevin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edir, qüdrətlənir və dünyanın aparıcı dövlətləri sırasında nüfuzlu yer tutur. Ümummilli Liderimizin siyasi kursuna daim sədaqətli olan hacıqabullular ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.

Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə YAP Hacıqabul rayon təşkilatı Hacıqabul-Muğan avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirib. Bu tarixi hadisə ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin birinci müavini Saleh Ələskərov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonun Təhsil, Səhiyyə, Mədəniyyət, Meliorasiya və Kommunal Təsərrüfat idarələrinin əməkdaşları - ümumilikdə 150 nəfər YAP fəalı iştirak etdilər.

Aksiyada 200 ədəd sərv ağacı əkildi, ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən ağaclar suvarılaraq aqrotexniki qaydada qulluq göstərildi.

Keçidlər