Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirildi.
02 mart 2024 | 12:03
02.03.2024-cü il tarixdə Hacıqabul rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov və təşkilatın məsul işçiləri iştirak etdilər. Hacıqabul şəhərinin şərq hissəsində Hacıqabul-Şirvan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında meşə ağacları 200, göyrüş 200, oleandr ağacı 650 olmaqla ümumilikdə 1050 ağac əkildi.