Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirildi.

06 dekabr 2025 | 19:52

06 dekabr 2025-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Pirsaat qəsəbəsi ərazisində, Bakı-Qazax magistral avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, Yaşıllaşdırma və Abadlıq İşləri Sahəsinin kollektivi iştirak etdi.

Bakı-Qazax magistral avtomobil yolunun Pirsaat qəsəbəsi ərazisindən keçən hisəssində keçirilən ağacəkmə aksiyasında yolun kənarında 1000-dən çox zeytun ağacı əkildi.

Ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir.

Keçidlər