Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Aqrar İnnovasiya Festivalı keçirildi.

14 sentyabr 2023 | 14:36

14 sentyabr 2023-cü il tarixdə Hacıqabul rayonunda fəaliyyət göstərən ”Agro Dairy” MMC-də kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, ”Agro Dairy” MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov, ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış 60-a yaxın dövlət və özəl bölməni təmsil edən qurumlar, eləcə də xarici şirkətlər iştirak edib.

Mövsümün 6-cı toxum sərgi-satış yarmarkası Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosasiyasının təşkilatçılığı ilə keçirilib. Festivalda 30-a yaxın dövlət və özəl toxumçuluq subyektləri iştirak edib. Yarmarkada sertifikatlı toxumun üstünlükləri barədə fermerlər maarifləndirilib.

Hacıqabul rayonundakı festivalda toxum sərgi-satışı ilə yanaşı festivalların ənənəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib. Festivalda ilk dəfə olaraq kənd təsərrüfatı sahəsində istifadə olunan dirəksiz anqarlar və yeni texnikalar nümayiş olunub.

Həmçinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap yarışma və müsabiqələrin iştirakçıları öz prototiplərini, məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər.

Keçidlər