Hacıqabul rayonunda Azərbaycan qadınlarının VI Qurultayı ilə əlaqədar görüş keçirildi.
03 oktyabr 2023-cü il tarixində Hacıqabul rayonunda “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” çərçivəsində Azərbaycan qadınlarının VI Qurultayı ilə əlaqədar görüş keçirildi. Görüşdə rayonun ictimai siyasi həyatında fəal rol oynayan, müxtəlif peşə sahələrində çalışan xanımlarla yanaşı aktiv evdar xanımlar da iştirak edirdi.
Tədbirdə ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələrin həyata keçirildiyi, bununla bağlı fəal qadınların üzərinə düşən məsuliyyətin artdığı və onların qarşısında yeni vəzifələrin qoyulduğu qeyd olundu.
Görüşdə həmçinin valideyn-övlad, məktəb-ailə və bir sıra mövcud məişət problemlərinə, o cümlədən erkən nikah, məişət zorakılığı, boşanma kimi problemlərə, gənc nəsil arasında milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələlərinə də toxunuldu.
Görüş diskussiya formatında keçirildi. Sonda iştirakçıların təklifləri dinlənildi.