Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda "Azərişıq" ASC-nin yaranmasının 10 illiyi qeyd edildi.

07 fevral 2025 | 11:34

07 fevral 2025-ci il tarixdə Hacıqabul rayonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən fəaliyyətə başlayan "Azərişıq" ASC-nin yaranmasının 10 illiyi qeyd edildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, “Azərişıq” ASC Şirvan RETSİ Hacıqabul Elektrik Şəbəkəsinin müdiri Əli Yusifov və əməkdaşları iştirak etmişdir. Tədbir iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuşdur. 10 fevral 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən “Azərişıq” ASC Şirvan RETSİ Hacıqabul Elektrik Şəbəkəsinin işçiləri fəxri fərmanla təltif edilmişdir.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyəti nəticəsində, Azərbaycan Respublikası nəinki elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsini təmin etmiş, eyni zamanda ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin strateji xətti uğurla davam etdirilərək, elektroenergetika sisteminin müasir çağırışlar və beynəlxalq tələblər səviyyəsində qurulması üçün bu gün davamlı və ardıcıl islahatlar həyata keçirilir.

“Azərişıq” ASC tərəfindən öz üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi məqsədilə ölkənin bütün ərazilərində genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilir, şəbəkə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl və innovativ texnologiyaların tətbiq edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür, istismar müddəti bitmiş avadanlıqlar texniki baxımdan daha müasir və güclü avadanlıqlarla yenilənir, yeni yarımstansiyalar tikilir, uzun müddət istismarda olan naqil və açıq tipli hava xətləri yeni müasir tipli izolyasiyalı naqillər ilə əvəz olunur. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən göstərilən xidmətlərin keyfiyyəti mütəmadi olaraq yüksəldilir, proseslərin məsafədən koordinasiya olunması, dayanıqlı və operativ əlaqənin təşkili üçün müasir texnologiyalar tətbiq olunmaqla “Çağrı mərkəzi” yenidən qurulmuş və abonent sorğuları qısa müddətdə cavablandırılır. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə istehlakçılara yüksək keyfiyyətli xidmətlər göstərilir və şəbəkələrdə yeni nəsil Rəqəmsal İdarəetmə Mərkəzləri vasitəsilə şəbəkələrin idarəetməsi daha da təkmilləşdirilir.

Keçidlər