Hacıqabul rayonunda barama tədarükü davam edir.
02 iyun 2023 | 16:45
Respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da uğurla icra olunur.
02 iyun 2023-cü il tarixdə rayon kümçülərinin tədarük etdiyi barama Hacıqabul DAİM-in mütəxəssisləri tərəfindən yoxlanılaraq “Azəripək” MMC şirkətinə təhvil verilmişdir. Hazırda kümçülərdən barama tədarükü davam edir. Rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan kümçülərə göstərilən diqqət və qayğı onları daha böyük səylə çalışmağa sövq edir.
Bu il Hacıqabul kümçüləri barama tədarükündə yüksək nəticə göstərməyi qarşılarına məqsəd qoyublar.