Hacıqabul rayonunda baramaçılığın inkişafı istiqamətində işlər nəzarətdə saxlanılır.
23 may 2024 | 16:47
Ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər Hacıqabul rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Hacıqabul rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.
23 may 2024-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Qarasu kəndində barama qurdunun yemləndirilməsi vəziyyəti ilə tanış olub, yüksək məhsuldarlıq əldə edilməsi üçün kümçülərə müvafiq tövsiyələr verib. Kümçülər ilə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbətlər aparılmışdır.