Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür.

27 may 2022 | 12:18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür.

Ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər Hacıqabul rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Hacıqabul rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.

Bu il artıq beşinci ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilir. Bu il 2.5 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə ipəkçilik stansiyasından 60 qutu barama qurdu gətirilərək kəndlər üzrə barama yetişdirən kümçülərə təhvil verilib.

27.05.2022-ci il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda ipəkqurdu toxumu paylanılmış kəndlərdə olub, kümçülərlə görüşərək ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb. Kümçülər ilə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbətlər aparılmışdır.

Keçidlər