Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Daxili Qoşunların N-saylı hərbi hissəsində “8 noyabr - Zəfər Günü” münasibətilə tədbir keçirilib.

05 noyabr 2022 | 12:38

04 noyabr 2022-ci il tarixində Hacıqabul rayonunda Daxili Qoşunların N-saylı hərbi hissəsində “8 noyabr - Zəfər Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, Daxili İşlər Nazirliyinin polis generalı Namiq Həsənov, hüquq mühafizə orqanlarının rəhbərləri, N-saylı hərbi hissəsinin zabit heyəti, Daxili Qoşunlarında qulluq edərək şəhid olan hərbi qulluqçularının ailə üzvləri iştirak etdi.

Tədbir iştirakçıları hərbi hissənin şəhid hərbi qulluqçularının əziz xatirəsinə salınmış memorial kompleksin önünə gül dəstələri düzərək vətən uğrunda şəhid olanların əziz xatirəsini yad etdilər.

Tədbirdə Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, döyüşlər zamanı Azərbaycan Ordusu qüdrətini, Azərbaycan əsgəri gücünü bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi ilə haqq-ədalət bərpa edildi, xalqımızın otuz ilə yaxın həsrətinə son qoydu.

Tədbir hərbi hissə heyətinin təntənəli marş keçidi ilə yekunlaşmışdır.

Keçidlər