Hacıqabul rayonunda Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə əmək yarmarkası keçiriləcək.
13 noyabr 2023 | 17:28
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə Hacıqabul rayonunda əmək yarmarkası keçiriləcək. Hacıqabul rayonunda baş tutacaq tədbirdə 10 işəgötürən tərəfindən 158 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.