Hacıqabul rayonunda Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə İşəgötürənlərlə görüş keçirildi.
15 oktyabr 2025 | 17:50
15.10.2025-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə İşəgötürənlərlə dəyirmi masa ətrafında növbəti görüş keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Xaqani Məmmədov, Regional Məşğulluq filialının məsul işçiləri, bir qrup işəgötürənlər iştirak etdi.






