Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda seminar treninq keçirilmişdir.

13 oktyabr 2022 | 12:41

Oktyabrın 13-da Hacıqabulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu ” mövzusunda seminar treninq keçirilmişdir.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, aparatın məsul işçiləri və ictimaiyyət fəalları iştirak edirdilər.

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov tədbiri giriş sözü ilə açaraq,  son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Hacıqabulda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqımızın adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, etiqad azadlığı bərqərar olub. Ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi dünyada uğurlu bir model kimi yüksək qiymətləndirilir. Hacıqabulda dini durumun sabit olduğunu və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini  Səyyad Salahlı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini durum və sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Azərbaycanda   dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

Səyyad Salahlı gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacibliyinə də toxunub. O, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılmasının, savadlı milli kadrların hazırlanmasının və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dini durumun və sabitliyin tənzimlənməsi işinə müsbət nəticələr verəcəyini qeyd edib.

Keçidlər