Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda seminar treninqin davamı keçirilmişdir.

14 oktyabr 2022 | 14:54

Oktyabrın 14-da Hacıqabul səhərində yerləşən “Qədirxum İstirahət Mərkəzi”-ndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda seminar treninqin davamı keçirilmişdir.

Seminarda Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, YAP rayon təşkilatının sədri Elnur Əmirəslanov, rayonun İƏD üzrə nümayəndələri və Bələdiyyə sədrləri, rayon İcra Hakimiyyəti aparatının, Rayon Təhsil şöbəsinin, rayon Gənclər və İdman idarəsinin məsul işçiləri, rayonun dini xadimləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov tədbiri giriş sözü ilə açaraq son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Hacıqabulda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqımızın adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, etiqad azadlığı bərqərar olub. Rayon İcra Hakimiyyəti başçısı vurğulayıb ki, ölkəmizdə dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri öz müsbət nəticəsini verməkdədir, rayonun dini durumunun sabit olduğunu və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini  Səyyad Salahlı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini durum və sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Azərbaycanda   dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

Səyyad Salahlı gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacibliyinə də toxunub. O, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılmasının, savadlı milli kadrların hazırlanmasının və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dini durumun və sabitliyin tənzimlənməsi işinə müsbət nəticələr verəcəyini qeyd edib.

Keçidlər